Ermənistan və NATO 2024-cü il üçün hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq proqramı haqqında razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, tərəflər proqramı Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Artur Yeroyanın Brüsselə səfəri zamanı müzakirə ediblər.

"Qarşılıqlı fəaliyyətin yeni sahələri müəyyən edilib", - departamentin açıqlamasında deyilir.

Gülayə Mecid