Türkiyənin Tokat vilayətində daha bir zəlzələ olub. 

"Unikal" xəbər verir ki, budəfəki təkanların gücü 4,4 bal olub. 

Zəlzələ Sulusarayda qeydə alınıb. 

*** 20:00

Xəbər verdiyimiz kimi, Tokatın Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, Sulusaray Bələdiyyə Başçısı Davud Kılıç açıqlamasında bildirib ki, Buğdağlı kəndində bəzi evlər uçub.

Yozgatda isə iki mərtəbəli evə ziyan dəyib. 

Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.

*** 19:20

Türkiyənin Tokat şəhərində güclü zəlzələ olub.

"Unikal" xəbər verir ki, təkanların gücü 5,6 bal olub. 

Zəlzələ Sivas, Yozgat, Çorum, Amasya, Samsun və Kayseridə də hiss edilib. Zəlzələ ocağı 5,99 kilometr dərinlikdə yerləşib. 

Nuranə Abbasova