Bugün Almaniyanın “Siemens” şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Avstriyadan dəvət olunmuş mütəxəssis-ekspert Bakı Sağlamlıq Mərkəzinin qonağı olub.  

"Unikal" xəbər verir ki, “Highlights in cardiac and neuro imaging” mövzusu ilə çıxış edən xarici qonaq iştirakçılara yeni nəsil Kompüter Tomoqrafiyası (KT) cihazlarının imkanları, texniki prinsipleri, süni intellektin bu cihazlarda istifadə qaydaları və yeni nəsil Kardio Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarının nevrologiyada istifadəsi zamanı klinik işləri hansı səviyyədə asandlaşdırlıması haqqında geniş məlumat verib.

Bunlardan əlavə olaraq görüşdə mobil KT cihazlarının reanimasiya və insult xəstələri üçün faydalarından geniş şəkildə bəhs olundu. 

Görüşdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəssisəmizdə müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində davamlı işlər görüldüyünü diqqətə çatdırdı. 

Qonaqlar dəvətə və qonaqpərvərliyə görə Bakı Sağlamlıq Mərkəzinin təhsil-təlim komitəsinə təşəkkür edərək, bu tip görüşlərin önəmindən bəhs etdi. Mərkəzimizdə görülən işlər və yaradılan şəraitin Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.