Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krasnoqorskdakı Crocus City Hall konsert zalında törədilən terror aktını şərh edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Peskov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin baş verənlərin ilk dəqiqələrində məlumat alıb.: "Prezident baş verənlər, görülən tədbirlərlə bağlı bütün aidiyyəti xidmətlər vasitəsilə daim məlumat alır. Prezident bütün lazımi göstərişləri verib".

Ağarza Elçinoğlu