Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Ölənlərin sayının artacağı istisna edilmir. 

***22.03.2024 / 22:03

Rusiyada atışmanın baş verdiyi "Crocus City Hall"da ölənlərin sayı 40 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Xəsarət alanların sayı 100 nəfərdən çoxdur. Amma hələlik rəsmi məlumat yoxdur", - deyə məlumatda qeyd olunub. 

Hadisə yerinə 50-dən çox təcili yardım briqadası göndərilib. İnsanlar, o cümlədən uşaqlar yanan binada qalıb. Yanğın helikopterlərlə söndürülür.

***21:33

Moskvada Crocus City Hall konsert zalında silahlı insident baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, atışma nəticəsində yaralılar var. Hadisə yerinə təcili yardım və polis qrupları cəlb olunub. 

Baza teleqram kanalının məlumatına görə isə atışma nəticəsində azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb. 

Bir qədər sonra konsert zalında “Piknik” qrupunun konserti başlamalı idi. 

Ağarza Elçinoğlu