"COVID-19 qlobal sağlamlıqla bağlı fövqəladə hal kimi başa çatsa da, qlobal sağlamlığa təhdid olaraq qalır".

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyə məsələləri ilə bağlı media brifinqdə deyib.

O bildirib ki, hələ də dünyanın müxtəlif nöqtələrindən yeni yoluxma halları və ölüm halları ilə bağlı xəbərlər gəlir.

"İnsanlar peyvənd və əvvəlki yoluxmalardan sonra immunitet yarandığı üçün daha yaxşı qorunsa da, bu, məsuliyyətsizlik üçün bəhanə deyil. ÜST yüksək risk altında olan insanlara izdihamlı yerlərdə maska taxmağı, tövsiyə edildikdə buster doza vurdurmağı və qapalı yerlərdə lazımi ventilyasiyanı təmin etməyi tövsiyə etməyə davam edir. Biz hökumətləri COVID-19 üçün qurduqları sistemləri saxlamağa çağırırıq: Nəzarət və hesabat aparmağa davam etmək, variantları izləmək, erkən klinik yardım göstərmək, ən riskli qruplar üçün buster dozalar təmin etmək, ventilyasiyanı yaxşılaşdırmaq və müntəzəm ünsiyyət kommunikasiyanı davam etdirmək lazımdır", - ÜST-ün baş direktoru vurğulayıb.