Koronavirusun omikron ştamı yenidən mutasiyaya uğrayıb. Yeni variant JN.1 sürətlə yayılır. 

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

JN.1 dünyanın müxtəlif ölkələrində, o cümlədən Hindistan, Çin, Böyük Britaniya və ABŞ-də aşkarlanıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bu növ infeksiyaların 15-29%-ni təşkil edir. JN.1 sünbül zülalında əlavə mutasiya hesabına sürətlə yayılır.

ÜST bəyan edib ki, omikronun yeni növü ictimaiyyət üçün böyük təhlükə yaratmır və mövcud vaksinlər də bu növ koronavirusdan qoruyur. Bununla belə, təşkilat qış aylarında koronavirus və digər infeksiyaların artması ehtimalı barədə xəbərdarlıq edib. 

Ağarza Elçinoğlu