Yaponiyanın altı prefekturasında daşqın və sürüşmə təhlükəsi yaradan leysan yağışları davam edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, indiyə qədər 107 mindən çox insan təxliyə edilib. 

Qeyd olunur ki, bu ərazilərdə fövqəladə təhlükəsizlik xidməti tədbirləri beşinci hazırlıq səviyyəsində elan edilib ki, bu da ən yüksək təhlükə səviyyəsinə uyğundur.

Yaponiyanın Honsyu adasının şimal, şimal-qərb və şimal-şərqində güclü yağışlar davam edir. Qeyd olunur ki, bəzi ərazilərdə yağıntının sürəti saatda 161 millimetrə çatır.

Ağarza Elçinoğlu