Mixeil Saakaşvili siyasətdən gedir.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib ki, eks-Gürcüstan prezidenti həmçinin özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) da tərk edir.

Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: "Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir".

Ağarza Elçinoğlu