Bu gün Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin meydana start heyətdə çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, "Adana Demirspor" 46 xalla 11-ci, "İstanbulspor" 16 xalla 20-ci-sonuncu pillədə qərarlaşıb.