Mövsümün sonunda "Çelsi"dən ayrılacaq Tiaqo Silva Braziliyanın "Fluminense" klubuna keçəcək.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi Braziliya klubu ötən cümə günü 2026-cı ilin yayına qədər sözləşmə imzalamaq üçün razılığa gəlib.

Tiaqonun yaxın günlərdə müqavilə imzalayacağı və bu ilin iyulundan "Fluminense"nin futbolçusu olacağı gözlənilir.