Ukrayna Silahlı Qüvvələri Xersonda dəmir yolu körpüsünə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Cənub Hərbi Komandanlığı məlumat verib. 

"İşğal olunmuş ərazilərdə əsas nəqliyyat marşrutlarının yanğına nəzarətinin nəticələri göstərir ki, Dnepr çayı üzərindən dəmir yolu körpüsü ilə hərəkət etmək mümkün deyil", - məlumatda deyilir.

Ağarza Elçinoğlu