Rusiya hərbçiləri Ukraynanın "Slavutiç" nəzarət gəmisinin keçmiş komandiri Oleksiy Kiselyovu oğurlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə onun oğlu Artem Kiselev "Facebook" səhifəsində məlumat verib.

Qeyd olunub ki, o, Ukraynanın işğal altında olan Geniçesk bölgəsində qaçırılıb. Həmin şəxsin "terror təşkilatında iştirakda" ittiham olunduğu iddia edilib və onun barəsində məhkəmə prosesi keçirilib.

Onun Simferopol istintaq təcridxanasına aparıldığı qeyd olunub. 

Ağarza Elçinoğlu