"Nobel" ədəbiyyat mükafatının Türkiyədə tək sahibi olan Orhan Pamuk ailə həyatı qurub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazıçı 10 ildir eşq yaşadığı Aslı Akyavaşla nikah masasına əyləşib.

Cütlüyün özəl günündə yalnız yaxınları iştirak edib.

Qeyd edək ki, Pamuk ilk həyat yoldaşı Aylin Türegündən 2001-ci ildə boşanıb. Onun kitabları 63 dilə tərcümə olunub və yüzdən çox ölkədə nəşr edilib. Yazıçı 2006-cı ildə "Time" jurnalı tərəfindəb dünyanın 100 ən nüfuzlu insanı sırasında yer alıb.