Malayziya palma yağı ixrac edən ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, ölkənin plantasiyalar və əmtəə naziri Datuk Seri Cohari Andul Qani "X" hesabındakı paylaşımında ölkəsinin oranqutanlardan diplomatiya vasitəsi kimi istifadə planı ilə bağlı açıqlama verib.

Qani bildirib ki, Malayziya ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün palma yağı satdığı Hindistan və Çin kimi ölkələrlə ticarət tərəfdaşlarına oranqutanlar hədiyyə edəcək.

Dünyanın ən böyük palma yağı istehsalçılarından biri olan Malayziyanın istehsal zamanı meşələrin qorunması və ətraf mühitin davamlılığı mövzusunda diqqətli olduğunu vurğulayan Qani, "Orangutan diplomatiyasını mənimsəməklə, Malayziyanın biomüxtəlifliyi qorumaq üçün sarsılmaz qərarlılığını nümayiş etdirməyi hədəfləyirik", - deyə bildirib.

Zərifə Nağıyeva