Şimali Atlantika Alyansının sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mətbuat xidməti məlumat yayıb.

"ABŞ 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək, proqram daha sonra açıqlanacaq", - məlumatda deyilir.

Ağarza Elçinoğlu