Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə 33 482 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edir.