Braziliyada son sutka ərzində daha 72 140 nəfərin koronavirus infeksiyasına yoluxması, 3086 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 14 441 563 nəfər yoluxub. Bu müddət ərzində 395 022 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 992 442 xəstə müalicə olunaraq sağalıb.