Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 148 milyon 497 min 686 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 133 min 860 nəfərdir. İndiyədək 126 milyon 139 min 884 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 794 573 nəfər koronavirusa yoluxub, 12 470 nəfər vəfat edib.