Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Unikal.org  xəbər verir ki, günün son oyununda "Neftçi" komandası "Sabah"ın qonağı olub.

Görüşdə qalib müəyyənləşməyib. "Bank Respublika Arena"da təşkil olunan matç 2:2 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran "Neftçi" klubu turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub, "Sabah" isə 22 xalla 7-ci sırada yer alıb.