“Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb.

“Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”.