Kanadanın ən böyük müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poliev baş nazir Castin Trüdonu təhqir etdiyi üçün parlamentin iclas zalından qovulub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı parlamentin spikeri Qreq Ferqus verib.

Bildirilir ki, çıxış zamanı Poliev Trüdonu "dəli" adlandırıb . Spiker dərhal ondan "parlamentdənkənar iradlarını" geri götürməsini xahiş edib, lakin Poliev buna razı olmayıb, yalnız "dəli" sözünü "radikal" və ya "ekstremist" ifadəsi ilə əvəz etməyə çalışıb. Bundan sonra spiker ona zaldan çıxmağı əmr edib və sessiya gününün sonuna qədər geri qayıtmasını qadağan edib.  

Poliyevlə birlikdə onun partiyasının bütün hazırkı üzvləri zalı tərk etdilər.

Gülayə Mecid