Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

Bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mi-8 vertolyotu ilə xilasedicilər cəlb olunub.

Ölənlərdən ikisi kişi, biri qadındır. Yerə çırpılan təyyarə tamamilə dağılıb. Qəzaya uçuş qaydalarının pozulmasının və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

O da bildirilib ki, təyyarə özəl olub. Aerodromun ərazisində təlim məşq uşularının keçirildiyi də xəbər verilir.