Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 515 test edildiyi bildirilib.

Hazırda koronavirusa yoluxan 140 nəfər reanimasiyada müalicə alır. Onlardan 20 nəfəri süni tənəffüs cihazına qoşulub.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 343 391 test aparılıb.