"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.

R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.

PA rəhbəri təəssüflə qeyd edib ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər.

R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".

R. Mehdiyev əlavə edib ki, Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib: 

"Azərbaycan beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".