Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "QAZ-24" markalı avtomobilin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.