Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində naməlum şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü oradan atmaq istəyib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.

Xidmət əməkdaşları özünü atmaq istəyən kişini binanın damından düşürüb.

İntihara cəhd edən şəxsin adı-soyadı və tələbləri bilinməyib.