Azərbaycanın əməkdar idman xadimi Arif Qafarov Muxtar oğlu vəfat edib.

Unikal.org "Report-a istinadən xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Qafarov 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışıb. Həmçinin 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. O, bir məşqçi kimi Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında böyük rol oynayıb. A.Qafarov əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb.

2015-ci ildə Azərbaycan Gimnastika Federasiyası onuqızıl medalla təltif edib.