Bakıda dava zamanı gənc oğlan bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Papanin kimi tanınan ərazidə (indiki Cəlil Məmmədquluzadə küçəsi) baş verib.

1993-cü il təvəllüdlü Abbaszadə Ümid tanışı ilə əlbəyaxa dava edib. Dava nəticəsində o bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.