Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Opel ilə "VAZ 2107 markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.