Bakı-Qazax yolunda yük maşını aşıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində qeydə alınıb.

İri tutumlu yük maşınının yoldan çıxaraq aşması nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.