Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

Unikal.org  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi "KamAZ və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi "Mercedes markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.