Masallı rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus tövlədə baş verən güclü yanğın nəticəsində 4 baş iribuynuzlu heyvan yanıb.

Yanğın qısa müddət ərzində yaşayış evinə keçib. Masallı və Lənkəran Yanğından Mühafizə hissələrinin əməkdaşları evin yanmasının qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.