Məcburi köçkünlərin yaşadıqları evlərin yaxınlığında olan istifadəsiz quyudan neft çıxmağa başlayıb.

Unikal.org-un Xəzər TV-yə istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunun eyni adlı qəsəbəsində, 6 saylı peşə məktəbinin həyətində qeydə alınıb. Sakinlər indiyə kimi burada hansısa köhnə neft quyusunun olduğunu bilməyiblər. Çünki fəaliyyətsiz quyunun üstü torpaqla örtülübmüş. Yerdən neftin püskürdüyünü görən sakinlər təşvişə düşüblər.

window.addEventListener("message",function(msg){ if (msg.data.type=="isTopEqSelf") { window.postMessage({type:"isTopEqSelf_FromPage",result:window.self==window.top},"*"); } });