Dənizkənarı Milli Parkda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü Ümid Qarayev saat qülləsinin yaxınlığında ehtiyatsızlıqdan dənizə yıxılıb.

Həmin vaxt orada olan, 1996-cı il təvəllüdlü Mahmud Bağırzadə onu xilas etmək üçün özünü dənizə atıb. 

Batmaq təhlükəsi ilə üzləşən hər iki şəxsi xilasedicilər xilas edib.