Türkiyədə tənha yaşayan Azərbaycanlı qadın evində ölü tapıldı.

Unikal.org xəbər verir ki, Türkiyənin Düzce vilayətinin Yığılca mahalının Hocatman kəndində yaşayan Azərbaycan əsilli 67 yaşlı Sümbül İlğının evində ürək tutması nəticəsində dünyasın dəyişib. Onun meytini evində qonşuları aşkar ediblər. 

Hadisə yerinə gələn hüquqmühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası qadının ürək tutmasından  həyatını itirdiyi təsdiqləyiblər. 

Dünyasın dəyişən qadın Yığılca Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.