Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Unikal.org xəbər verir ki, Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

22:54

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb. 8 ailə yerli sakinlərdir.

Hazırda yanğının söndürüldüyü bildirilir.

22:32

Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

xxx

Sumqayıtda yataqxanada partlayış olub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Unikal.org Trend-ə istinadən bildirir ki, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

X X X

Sumqayıtda yataqxanada partlayış olub.

Unikal.org Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

21:44

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

FHN-dən unikal.org-a verilən xəbərə görə, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. 

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.