Şirvanda avtomobil yolu keçən qadını vurub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Şirvan şəhəri Rəsulzadə küçəsində "KİA markalı avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Əhmədova Qızxanım Rəncbər qızını vurub. Qadın sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan RPŞ-də araşdırma aparılır.