Masallıda avtomobil körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 4-də saat 23 radələrində Masallı rayonunun Xırmandalı kəndi ərazisində rayon sakini Elmidar Mayılov idarə etdiyi "Seat İbiza markalı avtomobili körpüdən aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.