Abşeronda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücü idarə etdiyi avtomobillə 1976-cı il təvəllüdlü Əsgərov Mobil Rəşid oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb.

Fakt araşdırılır.