Göyçayda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kürdəmiş kənd sakini, 1966-cı il təvəllüdlü Fətullayev Zülfüqar Məmməd oğlu idarə etdiyi motosiklet qarşı tərəfdən gələn "KAMAZ markalı yük avtomobilinə çırpıb. 

Hadisə zamanı motosikletin sürücüsü Z.Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.