Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə Daşkəsən şəhərində, avtovağzalın yaxınlığında baş verib. Rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2106" markalı avtomobil nasazlığı səbəbindən idarəetmədən çıxaraq yol kənarında dayanan, hələki kimlikləri məlum olmayan ər və arvadı vurub. 

Nəticədə kişi yüngül qadın isə ağır xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Mübariz adlı taksi sürücüsü isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.