Tehrandan (İran) Bakıya bu gün həyata keçirilməli olan aviareys təxirə salınıb.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat "Report"a təsdiqlənsə də, uçuşun baş tutmamasının səbəbinə aydınlıq gətirilməyib.

Qeyd edək ki, Y9 7197 nömrəli aviareysi İranın "Kish Air şirkəti bu gün səhər saat 11:10-da həyata keçirməli idi. Uçuşun İmam Xomeyni Hava limanından "A321-200 markalı sərnişin təyyarəsi ilə reallaşdırılması nəzərdə tutulmuşdu.