Xaçmazda azyaşlı faciəvi şəkildə dünyasını dəyişib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, 2 yaşlı Nurlan Ağayev yaşadığı evdə stuldan yıxılıb.

Rayon mərkəzi xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması qoyulub.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.