Tovuzda zəhərlənmə olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Əlimərdanlı kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynova Aynur dərman zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın hələ ki, tərkibi bilinməyən çoxlu sayda dərman həbi qəbul edərək zəhərlənib.