Bu gün səhər saatlarında Xaçmaz şəhərinin 20 Yanvar və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən bazarda yanğın baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib.
Hadisə nəticəsində 3 obyektin damı və 5 köşk - üstüörtülü piştaxta daxil olmaqla 100 kv.m sahə yanıb. İnsanlar hələ bazara gəlmədiklərindən xəsarət alan olmayıb. Yarım saat ərzində yanğının başqa ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.