FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı məntəqədən 200 m aralıda nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Unikal.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:25-də başa çatıb.