Biləsuvarda avtomobil qaçırılması hadisəsi baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-də saat 6.00 radələrində Biləsuvar şəhəri ərazisindən Çaylı kənd sakini Bayram Əliyevə məxsus "VAZ-2106 markalı avtomobil qaçırılıb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Telman Rüstəmov tutulub.

Araşdırma aparılır.