Xaçmaz rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.