Bakının Binəqədi rayonunda piyada vurulması hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Xırdalan-Balaxanı yolunda 2006-cı il təvəllüdlü Səfərli Minayə Elçin qızını "Mercedes" markalı avtomobil vurub.

Uşaq ağır xəsarət alaraq sürücü tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sürücü saxlanılıb. Maşın cərimə meydançasına aparılıb.